Prokurorluq qrup halında zorakılığın təşkil edilməsi faktı üzrə saxlanılan Manana Qiorqobianiyə qarşı ittiham irəli sürüb
Prokurorluq qrup halında zorakılığın təşkil edilməsi faktı üzrə saxlanılan Manana Qiorqobianiyə qarşı ittiham irəli sürüb. Bu haqda məlumatı prokurorluq yayır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, noyabrın 2-də Tbilisidə mağazalardan birində Manana Qiorqobiani mağazanın əməkdaşlarından pulu xırdalamağı tələb edib, yox cavabı aldıqdan sonra aqressivləşib, zərərçəkənlərə qarşı sözlü təhqirə və o cümlədən, onlardan birinə qarşı fiziki təhqirə yol verib, həmçinin onları fiziki qisasla təhdid edib.
Manana Qiorqobiani mağazadan çıxdıqdan sonra zorakılıqla müşayiət olunan qrup halında əməli təşkil edib. Belə ki, zərərçəkənlərdən fiziki qisas almaq məqsədilə Qiorqobiani hadisə yerinə beş nəfəri aparıb, onlar qrup halında zərərçəkənləri döyüblər və xəsarət yetiriblər, bundan sonra isə hadisə yerindən qaçıblar.
Manana Qiorqobianiyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi (Zorakılıqla müşayiət olunan qrup halında əməlin təşkili və ona rəhbərlik etmə) ilə irəli sürülüb, bu da cəzanın növü və ölçüsü olaraq 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – prokurorluğun məlumatında qeyd olunub.