Prokurorluq, Qiorqi Dqebuadze (Mastera) və Badri Patarkatsişvilinin mühafizəçisinin səsyazmasını yayımlayır, səsyazmada Patarkatsişvilinin cinayəti barəsində danışılır
Gürcüstan prokurorluğu tərəfindən Badri Patarkatsişvilinin öldürülməsinə hazırlıq faktı açılıb, – bu haqda Prokurorluqda xüsusi bəyanat edildi.
“Prokurorluq tərəfindən verilmiş qərar əsasında iş səlahiyyələrindən sui-istifadə və ağır şəraitdə cinayətə hazırlıq faktı üzrə Konstisusiya təhlükəsizlik Şöbəsinin Tbilisi əsas idarəsinin ikinci idarəsinin birinci xidmətinin keçmiş rəhbəri Q.M. tutuqlanıb, İkinci əsas idarənin rəhbərinin keçmiş müavini L.K. və eyni idarənin ikinci xidmətinin rəhbəri R.Ş. isə ittiham irəli sürülüb.
Aparılmış istintaqla təyin olunub: Cəmiyyət üçün yaxşı tanış olan “gizli kadrları yazan şəxslərin” işi üzrə, ittiham olunanlardan birinin evində aparılmış axtarış zamanı Gürcüstanın DİN-ə məxsus səsyazan cihaz tapılıb. Ekspertiza ilə təyin olundu ki, 2007-ci ilin 4 və 5 fevral tarixlərinin iki səs yazmaları konkret şəxsin likvidasiya məsələsinə toxunurdu.
İş üzrə ifadəsi alınmış şahidlərin dedikləri və tapılmış yazılı təsdiqlərlə təyin olundu ki, cinayət üçün hazırlıq zamanı mütəmadi olaraq Badri Patarkatsişvilinin yerdəyişməsi nəzarət olunurdu, onlar arasında istiafadə etdiyi limanın girişləri də.
Bundan əlavə, R.Ş. mühafizə üzvləri haqqında məlumat toplayırdı. Eləcə də , Konstitusiya Təhlükəsizlik Departamenti, onlar tərəfindən tutuqlanmış Patarkatsişvilinin mühafizlərinə, axtarış hissəsində müxtəlif güzəştlər təklif edirdilər.
Hazırki mərhələdə cinayəti yerinə yetirən şəxslərin aşkarlanması məqsədilə iş üzrə istintaq davam edir”, – Prokurorluqda bəyan etdilər.