Prokurorluq Giorgi Dgebuadze (Master) və Badri Batarkatsişvilinin mühafizə xidmətinin əməkdaşı ilə telefon söhbətinin audio-yazısını yayır, hansında Badri Batarkatsişvilinin qətli planlaşdırır [Video]
Gürcüstan prokurorluğu tərəfindən Badri Batarkatsişvilinin qətlə yetirilməsi faktı açıldı.
Bu barədə bəyanatı baş prokurorluq verdi.
Baş prokurorluğun məlumatına görə, məhkəmə tərəfindən verilən qərar əsasında, vəzifə səlahiyyətlərindən suistifadə edərək, törətdikləri qətl faktı ilə bağlı, Konstitusiya Təhlükəsizliyi Departamentinin Tbilisi Baş İdarəsinin Birinci Xidmətini rəhbəri G.M, ikinci idarənin rəhbərinin müavini L.K və həmin idarənin ikinci xidmətinin rəhbəri R.Ş-ya qarşı cinayət işi qaldırıldı.
2007-ci ilin fevralın 4-də KTD-nin yüksək vəzifəli şəxsi Badri Patarkatsişvilinin mühafizə xidmətinin əməkdaşı ilə telefonla danışır və onu qətl işində iştirak etməyə çağırır və deyir ki, bu sabiq prezident Mixeil Saakaşvilinin tapşırığıdır.
Bir digər telefon söhbətində isə, qətl işinin hazırlanması haqqında danışılır.
Məsələ ilə bağlı şahadların sorğulanması nəticəsində məlum oldu ki, müəyyən şəxslər Badri Patarkatsişvilinin hərəkət marşrutunu öyrənib, onu zəhərləməyə hazırlanırdılar.
Hazırki mərhələdə, istintaq cinayət işində iştirak edən digər şəxslərin aşkarlanması istiqamətində davam edir.