Prokurorluq Giorgi Baramidzenin bəyanatı ilə bağlı dövlətə xəyanət və sabotaj faktı üzrə istintaqa başlayıb
Gürcüstan Milli Meşə Agentliyinin əməkdaşları cari ilin iyul ayında 48 hüquq pozuntusu faktı aşkarlayıblar. Onlardan 41-i qanunsuz ağac tədarükü, o cümlədən qanunsuz daşınma hallarıdır.
Ümumilikdə müxtəlif növ qanunsuz əldə edilmiş 46 kubmetrə yaxın odun və material üçün nəzərdə tutulan ağac məhsulu müsadirə olunub. Müsadirə edilən materiallar Meşə Agentliyinin “fəaliyyət həyətləri”ndə saxlanılıb.
Ölkə üzrə qanunsuz ağac tədarükü faktlarından 10-u İmereti, 4-ü Samtsxe-Cavaxeti, 1-i Raça-Leçxumi və Aşağı Svaneti, 8-i Kvemo Kartli, 4-ü Quriya, 4-ü Sameqrelo-Zemo Svaneti, 7-si Kaxeti, 3-ü isə Şida Kartli bölgələrində aşkarlanıb.
Bundan əlavə, dövlət meşə fondunun özbaşına zəbt edilməsi ilə bağlı 5 fakt müəyyən edilib. Bu hallar Msxeta-Mtianeti, Quriya, Şida Kartli, Kaxeti və Kvemo Kartli bölgələrində qeydə alınıb.
Həmçinin Samtsxe-Cavaxeti və İmereti bölgələrində qeydiyyatsız fəaliyyət göstərən 2 mişar sexi aşkarlanıb.
Ölkə üzrə Milli Meşə Agentliyinin əməkdaşları ilin ilk yeddi ayı ərzində ümumilikdə 439 qanunsuz ağac tədarükü faktı müəyyən ediblər.