Prokurorluq qəsdən adam öldürmə faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb
Prokurorluq qəsdən adam öldürmə faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb

 
Prokurorluq Tbilisidə baş vermiş qəsdən adam öldürmə faktı üzrə bir nəfərə, ikinciyə isə cinayət barədə məlumat vermədiyi üçün ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.

İstintaq orqanının məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, yanvarın 31-də təxminən saat 19:00-da Tbilisidə Saknavti yaşayış məntəqəsi №2-nin ərazisində qarşılıqlı mübahisə zəminində təqsirləndirilən şəxs saxlamaq və gəzdirmək hüququ ilə adına qeydiyyatda olan odlu silahdan zərərçəkmişə bir neçə dəfə atəş açıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Cinayət törədilərkən hadisə yerində olan və xüsusilə ağır cinayətin, qəsdən adam öldürmənin törədildiyini bilən ikinci təqsirləndirilən şəxs bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri fevralın 1-də tutublar. Bir nəfərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, bu maddə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur, digər təqsirləndirilən şəxsə qarşı isə Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi ilə (cinayət haqqında məlumat verməmək ) ittiham irəli sürülüb.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə artıq məhkəməyə müraciət edib.

Daxili İşlər Nazirliyində cinayət işi üzrə istintaq cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyən edilərək saxlanılması məqsədi ilə davam etdirilir” – prokurorluğun məlumatında qeyd olunub.