Prokurorluq qarşısında, Ninosminda uşaq pansionatında yaranan vəziyyətə etiraz etdikləri aksiyada qarşıdurma baş verdi
Gürcüstanın Baş Prokurorluğu qarşısında etiraz aksiyası keçirilir.
Aksiya siyasi partiya nümayəndələri və müxtəlif müxalif partiya aktivistlərinin təşkilatçılığı ilə keçirlir. Onlar Ninosminda uşaq pansionatında yaranan vəziyyətə etiraz edirlər.
Aksiya iştirakçıları Prokurorluq binasına daxil olmağı və ya qeyd olunan iş üzrə məsul prokurorun çıxmasını tələb edirlər. Onlar uşaqların hüquqları ilə bağlı tam məlumatın alınmasını tələb edirlər.
Aksiya iştirakçıları, Prokurorluq binasına daxil olmağa cəhd etdilər və bu da qarşıdurma ilə nəticələndi. Hüuqumühafizəçilər ərazidən bir neçə nəfəri çıxardılar.
Xalq müdafiəçisi məlumat yaydı ki, Ninosminda uşaq pansionatında güman edilən zoraklıq faktları üzrə, 2016-2021-ci illərdə istintaq dörd cinayətişi üzrə başlanılıb.




