Prokurorluq Q.M.- yə  qarşı Gürcüstanın Birinci Kanalı Operatorunun jurnalist fəaliyyətinə müdaxilə ittihamı ilə   həbs qətimkan tədbiri seçdi
Prokurorluq Q.M.- yə qarşı Gürcüstanın Birinci Kanalı Operatorunun jurnalist fəaliyyətinə müdaxilə ittihamı ilə həbs qətimkan tədbiri seçdi

5 iyul tarixində Tbilisi Pride-yə qarşı keçirilən etiraz mitinqində, Prokurorluq Gürcüstanın Birinci Kanalının operatoruna qarşı zoraklıqda ittiham olunan Q.M.-yə qarşı həbs qətimkan tədbiri irəli südü, – deyilir prokurorluğun bəyanatında.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq 5 iyul 2021-ci ildə “Tbilisi Pride”yə qarşı keçirilən mitinq zamanı Q.M. və onu müşayiət edən şəxslər jurnalist fəaliyyətinə mane olmaq və dözümsüzlük motivi ilə Gürcüstan Birinci Kanalının operatoru I.T.-yə hücum edərək təcavüzkar hərəkətlər həyata keçirdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.M. 14 iyul 2021-ci ildə saxladılar. Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi ilə (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə, zor tətbiq etməklə hədələmə), 156-cı maddənin 2-ci hissəsinin (a) bəndi ilə (bir şəxsin peşə fəaliyyətinə görə mühakimə olunması, şiddət törədildikdə) və 225-ci maddəsinin ikinci hissəsi ilə 4 ildən 6 ilə qədər həbs cəzası tətbiq olundu.

Prokurorluq, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Daxili İşlər Nazirliyi, Tbilisi Pride-yə qarşı mitinqdə qrup zorakılığının təşkilatçılarını və eyni zamanda zorakılıqda iştirak edən digər şəxsləri fəal şəkildə araşdırır.

Tbilisi Pride-yə qarşı etiraz mitinqi ilə bağlı aparılan istintaq çərçivəsində bu günə qədər 22 nəfər ittiham olunur.

Bu mərhələdə, işdə 30 jurnalist və operator da daxil olmaqla 36 nəfərin qurban olduğu bilinir .