Prokurorluq - Fırıldaqçı zəng mərkəzlərinin əksəriyyəti müxalifət media vasitələrini maliyyələşdirən qrupa məxsus idi, onların bir hissəsini Qriqol Liluaşvili himayə edirdi
Prokurorluq - Fırıldaqçı zəng mərkəzlərinin əksəriyyəti müxalifət media vasitələrini maliyyələşdirən qrupa məxsus idi, onların bir hissəsini Qriqol Liluaşvili himayə edirdi

 

Qriqol Liluaşvilinin saxlanılması ilə bağlı olan epizodlardan biri dırnaqarası zəng mərkəzləri işidir. Prokurorluğun məlumatına əsasən, qeyd olunan zəng mərkəzlərinin gəlirlərindən müxtəlif müxalifət mediası maliyyələşdirilirdi.

Baş prokuror Qiorqi Qvarakidzenin bəyan etdiyi kimi, 2021-2023-cü illərdə dövlət tərəfindən bu istiqamətdə elan edilmiş hüquqi mübarizəyə baxmayaraq, ölkədə bir neçə onlarla fırıldaqçı zəng mərkəzi hələ də qalırdı. Şahidlərin ifadələrinə əsasən, qeyd olunan zəng mərkəzlərinin böyük əksəriyyəti müxtəlif müxalifət media vasitələrini əldə etdikləri gəlirlərdən maliyyələşdirən bir qrup şəxsə məxsus idi, zəng mərkəzlərinin nisbətən az hissəsinin əsas himayədarı isə bu fəaliyyəti qohumu Sandro Liluaşvili vasitəsilə həyata keçirən Qriqol Liluaşvili idi.

“Qeyd olunan cinayət fəaliyyəti nəticəsində Qriqol Liluaşvili rüşvət şəklində, Sandro Liluaşvilinin vasitəçiliyi ilə təxminən 1 365 000 ABŞ dolları alıb” – Qvarakidze bildirib.

Onun sözlərinə əsasən, bəhsi gedən faktiki hallardan irəli gələrək, istintaq cinayət sxemində iştirak edən digər şəxslərə qarşı dəlil toplamaqla birlikdə, Qriqol Liluaşvilinin digər əlbirləri ilə birlikdə müxalifət media vasitələrini maliyyələşdirən fırıldaqçı zəng mərkəzlərinin mövcudluğunun ifşa olunmamasını təmin etdiyi versiya üzərində intensiv işləyir.

“Öz növbəsində, müxalifət media vasitələri bu məlumata malik olmalarına baxmayaraq, Liluaşvilinin himayəsi altında olan fırıldaqçı zəng mərkəzlərinin mövcudluğu haqda məlumatı işıqlandırmırdılar” – Qvarakidze bildirib.

Məlumat üçün bildirək ki, prokurorluq Qriqol Liluaşvilini saxlayıb. Qriqol Liluaşviliyə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “q” yarımbəndi və üçüncü hissəsinin “e” yarımbəndi ilə irəli sürülüb, bu, qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almaq deməkdir və cəza şəklində 11 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.