Prokurorluq – əvvəlcədən bilə-bilə azyaşlıya qarşı zorakılıq faktına görə bir nəfərə ittiham irəli sürüldü
Gürcüstan Prokurorluğu əvvəlcədən bilə-bilə azyaşlıya qarşı həyata keçirilmiş zorakılıq faktına görə bir nəfərə ittiham irəli sürüb. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Qurumun açıqlamasına görə, təqsirləndirilən şəxsə ittiham Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci^1 hissəsinin “a” bəndi ilə elan olunub ki, bu da fiziki ağrıya səbəb olan döyməni nəzərdə tutur.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən olunub ki, cari ilin 11 sentyabrında, Tbilisidə, mağazalardan birində təqsirləndirilən şəxs azyaşlıya fiziki təhqir edib, daha sonra isə mağazanın yaxınlığında ona qarşı fiziki zorakılığı davam etdirib.
Təqsirləndirilən şəxsə ittiham Gürcüstan CM-nin 126-cı maddəsinin birinci^1 hissəsinin “a” bəndi ilə (döymə – zərərçəkmişə fiziki ağrı yetirilməsi, lakin CM-nin 120-ci maddəsi ilə nəzərdə tutulan nəticələrə səbəb olmaması, əvvəlcədən bilə-bilə azyaşlıya qarşı törədildikdə) irəli sürülüb. Bu maddə ilə iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur,” – deyə Prokurorluğun məlumatında qeyd olunur.