Prokurorluq dövlət hakimiyyətinin devrilməsinə çağırış və hakimiyyət nümayəndəsinə qarşı müqavimət faktı üzrə Zviad Kupravaya qarşı ittiham irəli sürüb
Prokurorluq dövlət hakimiyyətinin devrilməsinə çağırış və hakimiyyət nümayəndəsinə qarşı müqavimət faktı üzrə Zviad Kupravaya qarşı ittiham irəli sürüb

 

Prokurorluq dövlət hakimiyyətinin devrilməsinə çağırış və hakimiyyət nümayəndəsinə qarşı müqavimət faktı üzrə Zviad Kupravaya qarşı ittiham irəli sürüb.

Prokurorluğun məlumatına əsasən, ittiham cəzanın növ və ölçüsü olaraq 6 ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur.

“Gürcüstanın Prokurorluğu dövlət hakimiyyətinin devrilməsinə çağırış və hakimiyyət nümayəndəsinə qarşı müqavimət faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, sentyabrın 30-da Tbilisi Şəhər Məclisinin üzvü “Facebook” sosial şəbəkəsində video dərc edib, video vasitəsilə açıq şəkildə dövlət hakimiyyətinin devrilməsinə çağırış edib və oktyabrın 4-də seçki günü həyata keçiriləsi konkret zorakı hərəkətlərdən danışıb. Həmçinin, təqsirləndirilən şəxs oktyabrın 1-də məhkəmənin qərarı əsasında saxlanılarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına qarşı zorakılıqla müqavimət göstərib.
Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi və 317-ci maddəsi (dövlət hakimiyyətinin devrilməsinə çağırış və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək) ilə irəli sürülüb, bu da cəzanın növ və ölçüsü olaraq 6 ilə qədər müddətə həbs cəzasını nəzərdə tutur. Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbs seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – Prokurorluğun məlumatında deyilir.