Prokurorluq bir neçə fondun bank hesablarına və onlarda olan pul vəsaitlərinə həbs qoyulması ilə bağlı bəyanat yayır
Gürcüstan Prokurorluğu bir neçə fondun bank hesablarına və onlarda olan pul vəsaitlərinə həbs qoyulması ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, Gürcüstan Prokurorluğu məhkəmənin hökmü əsasında 2025-ci ilin martın 17-də Gürcüstanda mövcud bütün bank müəssisələrində – qeyri-kommersiya hüquqi şəxs “Nanukanın Fondu”, qeyri-kommersiya hüquqi şəxs “Prosperity”, qeyri-kommersiya hüquqi şəxs “Bir-birimiz üçün 24/7 Fondu”, qeyri-kommersiya hüquqi şəxs “Utanc” və qeyri-kommersiya hüquqi şəxs “Tbilisi İnsan Haqları Evi”nin bank hesablarına və onlarda olan pul vəsaitlərinə həbs qoyub.
İctimaiyyətə məlum olduğu kimi, Gürcüstan Prokurorluğunda sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaj cəhdi, xarici təşkilat üçün və ya xaricin nəzarəti altında olan təşkilat üçün düşmənçilik fəaliyyətinə kömək etmə və Gürcüstanın konstitusiya quruluşu və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyət göstərmək üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi, 19, 318-ci maddənin 2-ci hissəsi, 319-cu maddə və 3211-ci maddənin 2-ci hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır. Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin noyabrın 28-dən bu günə qədər Gürcüstan Parlamentinin qarşısında və ölkənin müxtəlif yerlərində davam edən etiraz aksiyaları, dırnaqarası “marşlar” və digər tədbirlərin bir hissəsi qısa müddətdə zorakılıq xarakteri alıb və qanunla müəyyən edilmiş həddən kənara çıxıb. Bu, parlament binasına və digər şəxsi əmlaka ziyan vurmada, insan həyatı və sağlamlığı üçün təhlükəli olan əşya və ya maddələrdən istifadədə, polis əməkdaşlarına hücum və zorakı müqavimət və digər qeyri-dinc hərəkətlərdə özünü göstərib.
Cinayətkar qruplar tərəfindən zorakılığın təşkili və zorakılıqda iştirak baş verib, bu zorakılıq, basqın, özgənin əmlakına zərər vurulması və ya məhv edilməsi, silah olaraq pirotexniki vasitələrlə xüsusi olaraq hazırlanmış qurğular, asanlıqla alovlanan və yanıcı maddələrin istifadəsi kimi müxtəlif əşyaların istifadə edilməsi ilə müşayiət olunub.
Polis əməkdaşlarına qarşı dırnaqarası “Molotov kokteyli”ndən istifadə halları dəfələrlə qeydə alınıb. İstintaqla həmçinin müəyyən edilir ki, zorakılıq törədən qruplar sistematik olaraq dırnaqarası respiratorlar, “xüsusi qaz əleyhinə maskalar”, dəbilqə və digər vasitələrlə təchiz olunurdular ki, xüsusi polis tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakı hücum effektiv olsun. Sözügedən zorakı hərəkətlər nəticəsində əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 55 fiziki şəxs xəsarət alıb. Bununla yanaşı, od vurulması yolu ilə inzibati binalar zərər görüb və xüsusi təyinatlı avtomobillər sıradan çıxıb.
Yuxarıda sözügedən qanunsuz fəaliyyətin həyata keçirilməsi ilə paralel olaraq, ictimai məkanda məlumat yayıldı, bu məlumata əsasən, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən vəsait səfərbər edilib, vəsaitlərin böyük bir hissəsi qanunsuz fəaliyyətdə iştirak edən şəxslərin ehtiyaclarının ödənilməsinə xərclənib.