Prokurorluq Bacho Akhalaia-ya Gürcüstanın Konstitusiyasının zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış etmək faktına görə ittiham irəli sürüb
Prokurorluq Bacho Akhalaia-ya Gürcüstanın Konstitusiyasının zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış etmək faktına görə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Bacho Akhalaia-ya Gürcüstanın konstitusiyasının zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış etmək faktına görə ittiham irəli sürüb, – bu barədə Prokurorluq məlumat yayıb.

Qurumun bildirdiyinə görə, aparılan istintaq nəticəsində müəyyən edilib ki, bu ilin 16 fevral tarixində Tbilisi Şəhər Məhkəməsində keçirilən açıq məhkəmə iclasında Bacho Akhalaia söz alaraq, açıq şəkildə Gürcüstanın konstitusiyasının zorakılıqla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsinə çağırış edib.

‘Bacho Akhalaia-ya Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə ittiham irəli sürülüb (Gürcüstanın konstitusiyasının zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış), bu maddə ilə cəza olaraq 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur’, – Prokurorluğun məlumatında qeyd olunur.