Prokurorluq – Baçana Axalaianın Bidzina İvanişvilinin devrilməsinə çağırış etməkdə ittiham olunması dezinformasiyadır, onun hərəkəti konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırış kimi tövsif edilib
Gürcüstan Prokurorluğu məhkum Baçana Axalaia ilə bağlı mediada yayılan məlumata münasibət bildirir.
Prokurorluğun bəyanatında deyildiyi kimi, məhkum Baçana Axalaianın guya Bidzina İvanişvilinin devrilməsinə açıq şəkildə çağırış etməkdə ittiham olunması barədə qəsdən dezinformasiya yayılır, bu da doğru deyil.
“Cəmiyyətə bir daha izah edirik ki, Baçana Axalaianın ittiham aktına əsasən, 2026-cı ilin fevralın 16-da Tbilisi Şəhər Məhkəməsində Axalaianın cinayət işi üzrə məhkəmə öncəsi iclas keçirilib. İclasda Baçana Axalaia çıxış edərək bildirib ki, “bu hakimiyyət mümkün qədər tez və amansız şəkildə, istənilən formada və istənilən yolla devrilməlidir. Bu, yeganə yoldur və bizim – mənim də, sizin də, hər kəsin də bunu etməyə legitim hüququmuz var, aramızda ən vicdanlı olanların isə belə bir öhdəliyi var”. Müvafiq olaraq, onun hərəkəti – dövlət hakimiyyətini devirməyə və Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırış Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə tövsif edilib, bu da 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Tbilisi Şəhər Məhkəməsi 2026-cı ilin iyulun 6-da Baçana Axalaianı təqsirli bilib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib” — Gürcüstan Prokurorluğunun bəyanatında deyilir.