Prokurorluq atasını qəsdən öldürməyə cəhd faktı üzrə saxlanılan şəxsə qarşı ittiham irəli sürüb
Prokurorluq atasını qəsdən öldürməyə cəhd faktı üzrə saxlanılan şəxsə qarşı ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu ağırlaşdırıcı hallarda törədilmiş atasını qəsdən öldürməyə cəhd faktı üzrə saxlanılan şəxsə qarşı ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayır.

İstintaq orqanının məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, Tbilisidə yaşayış binalarından birinin girişində təqsirləndirilən şəxs atasına bıçaqla bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirib.

“Vaxtında göstərilən tibbi yardım nəticəsində zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 19, 109-cu maddəsinin “k” yarımbəndi (ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürməyə cəhd) ilə irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 16 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə artıq müraciət edib” – məlumatda qeyd olunub.