Prokurorluq Asxi dağında qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb

19:03, 20.07.2024

Gürcüstan Prokurorluğu bir nəfəri qəsdən adam öldürmə maddəsi ilə ittiham edib.

İstintaq orqanının məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, iyulun 18-də təqsirləndirilən şəxs Əsxi dağında otlaq sahəsində mübahisə zəminində zərərçəkmişə döş qəfəsindən bıçaqla xəsarət yetirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində ölüb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi iyulun 19-da həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, – məlumatda deyilir.

Oxşar