Prokurorluq, Arçil Tatunaşvilinin işi ilə əlaqədar işğal olunmuş Tsxinvalinin hüquqmühafizə orqanının əməkdaşlarına qarşı ittiham təqdim etdi

15:42, 14.06.2018
Gürcstan prokuroluğu, Gürcüstanın Daxili İşlər Nazirliyində mövcud cinayət məcəlləsi işi üzrə keçirilmiş araşdırma ilə toplanmış sübutlar nəticəsində Arçil Tatunaşvili, L.K. və İ.P.-ya qarşı, əvvəlcədən razılıq qrupu tərəfindən azadlıqdan qanunsuz məhrum etmə və Arçil Tatunaşvilinin qrup halında işgəncə edilməsinə kömək etməsi üzrə, Tsxinvalinin hüquqmühafizə orqanının əməkdaşları Davit Qurciev və Alik Taboevə qarşı ittiham təqdim etdi

Prokurorluğun məlumatına əsasən, araşdırma ilə təyin olundu ki, Gürcüstan vətəndaşı Arçil Tatunaşvili, mərhələli şəkildə işğal olunmuş Axalqori ərazisinə gedirdi, o orada kiçik bizneslə məşğul idi.

“2018-ci ilin 20 fevral tarixində, qeyd olunmuş ərazini tərk etdikdən sonra, Tsxinvalinin hüquqmühafizə orqanının əməkdaşlarına məlum oldu ki, Arçil, Gürcütsnaın silahlı qüvvələrində 2008-ci ildə fəaliyyət göstərirdi. Buna görə də, onlar qərar aldılar ki, ona işgəncə etsinlər.

2018-ci ilin 22 fevral tarixində, Gürcüstan vətəndaşları Arçil Tatunaşvili, İ.P. və L.K. Gürcüstan höküməti tərəfindən nəzarət olunan ərazidən Axalqori ərazisinə keçid etdilər. Onlar şəxsi maşınla tərəvəz gətirdilər. Qeyd olunmuş vəziyyət Tsxinvalinin hüquqmühafizə orqanının əməkdaşlarına məlum oldu, onlar qərar aldılar ki, Arçil Tatunaşvilini qanunsuz şəkildə azadlıqdan məhrum edib, müvafiq bir yerə aparıb işgəncə etsinlər.

Məqsədə çatmaq üçün, 2018-ci ilin 22 fevral tarixində, Axalqori rayonunun Mosabruneti kəndi yaxınlığında, Arçil Tatunaşvilini, İ.P. və L.K.-ni işğal olunmuş Axalqori prokurorunun müavini Davit Qurciev və Axalqori DTK xidməti bölməsinin rəhbəri Alik Taboev və hüquqmühafizə orqanının əməkdaşları, qrup şəkildə onu azdlıqdan məhrum etdilər və digər şəxsləri Axalqori rayonunun təhlükəsizlik xidmətinin bölməsinə keçirdilər. Daha sonra Arçil Tatunaşviliyə qandal taxıb, işgəncə məqsədilə, Tsxinvali regionunun hüquqmühafizə orqanının əməkdaşlarına verdilər. Onu daha sonra Tsxinvaliyə apardılar.

Tsxinvaliyə keçirdikdən əvvəl  digər şəxslər azad olundu, lakin daha sonra həbs olundular.

Arçil Tatunaşvilinin bədənində 100-dən çox yara izi var idi.

İttiham  olunan şəxslər hüquqmühafizə  orqanına gəlməkdən boyun qaçırırlar. Onlara cinayət məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin a və b və 25-1441 maddəsinin 2-ci hssəsinin e və z bəndləri üzrə ittiham təqdim olunur. Prokurroluq qanunla onları həbs etməyi tələb edir. Araşdırma işi davam edir ki, digər şəxslər də aşkar olsun. Araşdırma Daxili İşlər Nazirliyi tərəfindən keçirilir. İttiham, həbs cəzası ilə 9 ildən 15 ilə kimi azadlıqdan məhrum etməyi nəzərdə tutur. – Prokurorluğun məlumatında bildirilib.

 

Oxşar