Prokurorluq - Apelyasiya Məhkəməsi şikayəti tam təmin edib və Çoxatauri Şəhər Şurasının sabiq sədri barəsində seçilmiş girovu həbs cəzası ilə əvəzləyib
Apelyasiya Məhkəməsi prokurorluğun şikayətini tam təmin edib və Çoxatauri Şəhər Şurasının sabiq sədri barəsində seçilmiş girovu həbs cəzası ilə əvəzləyib.
Bu haqda məlumatı Gürcüstanın Prokurorluğu yayır.
“Gürcüstanın Prokurorluğu qrup halında zorakılıq faktında ittiham olunan, Çoxatauri Munisipalitetinin Şəhər Şurasının sabiq sədri barəsində qətimkan tədbiri olaraq girov qərarı çıxarmış Ozurqeti Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib və bunun əsasında da təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarı verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Ozurqetinin restoranlarından birində baş verən qarşıdurma faktı ilə əlaqədar saxlayıblar. Onun barəsində ittiham Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsinin “b” yarımbəndi (qrup şəklində törədilən zorakılıq) ilə irəli sürülüb, bu da cəzanın növü və tədbiri kimi iki ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edirdi, məhkəmə bununla razılaşmayıb və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq 30 000 lari məbləğində girov müəyyən edib. Prokurorluq qeyd olunan qərarı, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Apellyasiya Məhkəməsinə şikayət edib” – Gürcüstanın Prokurorluğunun məlumatında deyilir.