Prokurorluq 7 nəfərin sağlamlığına ağır zərər vurulması faktı ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq 7 nəfərin sağlamlığına ağır zərər vurulması faktı ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu 7 nəfərin sağlamlığına qrup halında ağır zərər vurulması faktı ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, noyabrın 24-də Bolnisi Munisipalitetinin Muşevani kəndində təqsirləndirilən şəxslər 7 zərərçəkmişə qrup halında, bıçaqla sağlamlıq üçün ağır xəsarətlər yetiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri noyabrın 25-də saxlayıblar. Onlardan biri barəsində Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “l” yarımbəndi, digəri barəsində isə 117-ci maddənin 3-cü hissəsinin “m” və “l” yarımbəndləri (sağlamlığa qəsdən ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, qrup halında törədildikdə) ilə ittiham irəli sürülüb, bu da cəza ölçüsü olaraq 9 ildən 13 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri olaraq həbsin seçilməsi vəsatəti ilə artıq məhkəməyə müraciət edib.

Bu haqda məlumatı prokurorluğun mətbuat xidməti yayır.