Prokuror Nikola Sarkoziyə qarşı yeddi il müddətinə azadlıqdan məhrum etmə, beş il müddətinə ictimai vəzifə tutma hüququndan məhrum edilmə və 300 000 avro məbləğində cərimə cəzası kəsilməsini tələb edir

Prokuror Fransanın Apelyasiya Məhkəməsində sabiq prezident Nikola Sarkoziyə qarşı yeddi il müddətinə azadlıqdan məhrum etmə, beş il müddətinə ictimai vəzifə tutma hüququndan məhrum edilmə və 300 000 avro məbləğində cərimə cəzası kəsilməsini tələb edib.

Fransanın sabiq prezidenti 2025-ci ilin sentyabrında, seçki kampaniyasını maliyyələşdirməli olan Liviyanın sabiq rəhbəri Müəmmər Qəddafi ilə cinayətkar əlbir olmaqda təqsirli bilinib.

Məhkəmə iş üzrə Nikola Sarkoziyə cəzanın icrasının təxirə salınması hüququ ilə beş il müddətinə həbs cəzası kəsib. Nəticədə, o, həbsxanada 20 gün keçirib və məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Hazırda Apellyasiya Məhkəməsi sözügedən işə baxır.

Nikolas Sarkozi ittihamları rədd edir və günahsız olduğunu hesab edir. Müdafiə tərəfi mayın 27-də məhkəmə prosesində çıxış edəcək, hökm isə ehtimal ki, noyabrın 30-da elan ediləcək.