Prokuror Laşa Kotrikadze, Zurab Caparidzeyə qarşı cinayət işində hər hansı bir sərhəddə saxlanılma tələbinin olmadığını bəyan edir

17:56, 14.10.2026

 

Prokuror Laşa Kotrikadze bəyan edir ki, Gürcüstan Prokurorluğu Türkiyəyə müraciət etməyib və Zurab Caparidzenin sərhəddən keçməsinin qadağan olunmasını tələb etməyib.

Kotrikadzenin Gürcüstanın Birinci Kanalına açıqladığı kimi, Zurab Caparidzeyə qarşı cinayət işində onun hər hansı bir sərhəddə saxlanılması barədə tələb yoxdur.

“Fakt barədə xəbərim var, özü mənimlə əlaqə saxlayıb dedi ki, Türkiyədəyəm, Brüsselə uçurdum, buraxmırlar və sizdən uçuşuma qadağa qoyulması ilə bağlı hər hansı məktub və ya müraciət varmı. Ona bildirdim ki, cinayət işində onun hər hansı bir sərhəddə saxlanılması və geri qaytarılması ilə bağlı belə bir tələb yoxdur. Belə bir şey olsaydı, onda sərhədi keçməyə razılıq verməyin nə mənası olardı, elə deyilmi? Razılıq verirsən, sonra başqa məktubla geri qaytarırsan. Bizim razılığımızla sərhədi tərk edə bilər və bu razılıq onda var. Müxtəlif məsələlərlə bağlı dəfələrlə gedib və ilk dəfə idi ki, mənimlə əlaqə saxlayıb problem yarandığını bildirdi” – Laşa Kotrikadze qeyd edib.

“Qirçi — Daha Çox Azadlığ”ın lideri Zurab Caparidzeni Türkiyənin hava limanında saxlayıblar.

Bu barədə məlumatı sosial şəbəkədə Zurab Caparidzenin özü yayıb.

“Sərhəddə məni saxladılar. Mənə izah etdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişə qadağam varmış. Gürcüstanın rəsmi strukturlarından mənimlə bağlı nəsə məlumat alıblar. Sabah səhər məni Tbilisiyə qaytarırlar” – Zurab Caparidze yazıb.

Oxşar