Prokuror Ani Xubejaşvili: Hakim izah etdi ki, Elisaşvili heç bir mərhələdə öz davranışına görə peşman olmayıb, buna görə də ona minimum cəzanın təyin edilməsinə layiq görülməyib

16:55, 10.07.2026

Məhkəməyə təqdim olunan sübutların araşdırılması nəticəsində biz ağlabatan sübutetmə standartı əsasında Aleksandre Elisaşvilinin terror aktına cəhd etdiyini təsdiqlədik. Bunu Aleksandre Elisaşvilinin işi üzrə prokuror Ani Xubejaşvili bildirib.

Onun sözlərinə görə, məhkəmə prokurorluq tərəfindən təqdim olunan, təkzibedilməz və ardıcıl xarakter daşıyan sübutları tam şəkildə qəbul edib.

“Məhkəmə iş materiallarında olan videogörüntüləri araşdırdı. Həmin görüntülərdə təqsirləndirilən şəxsin bütün hərəkətləri aydın şəkildə əks olunmuşdu. Həmçinin hadisə şahidlərinin ifadələrinə toxunuldu. Bu ifadələr də ardıcıl idi və Aleksandre Elisaşvilinin hərəkətlərinin bütün mənzərəsini tam şəkildə bərpa edirdi. Məhkəmə, eyni zamanda, təqsirləndirilən şəxsin əməlini birmənalı şəkildə terror aktına cəhd kimi qiymətləndirdi və onun məqsədinin məhkəmə hakimiyyətini destabilləşdirmək olduğunu bildirdi. Hakim cəza məsələsinə də toxunaraq qeyd etdi ki, Elisaşviliyə təyin edilən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası törədilmiş əmələ uyğundur. Hakim minimum cəza ilə bağlı da bildirib ki, təqsirləndirilən şəxs heç bir mərhələdə öz davranışına görə peşman olmayıb, buna görə də ona minimum cəzanın təyin edilməsi üçün əsas olmayıb”, – deyə Ani Xubejaşvili bildirib.

Xatırladaq ki, terror aktına cəhd ittihamı üzrə 29 noyabr hadisələri ilə bağlı “Güclü Gürcüstan – Lelo” siyasi birliyinin liderlərindən biri Aleko Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar