Proqnoz göstəricilərilə, Fransa Parlament seçkilərinin ikinci turunda Emmanuel Makronun mərkəzçi koalisiyası qalib gəlir
Proqnoz göstəricilərilə, Fransa Parlament seçkilərinin ikinci turunda Emmanuel Makronun mərkəzçi koalisiyası qalib gəlir

Proqnoz göstəricilərilə, Fransa Parlament seçkilərinin ikinci turunda Emmanuel Makronun “Birlikdə” mərkəzçi koalisiyası qalib gəlir.

Fransa mediasının məlumatına görə, Fransa prezidentinin seçki koalisiyası qalib gəlsə də, Milli Assambleyanın Aşağı Palatasında mütləq çoxluğu itirdi.

Mövcud məlumatla, Makronun mərkəzçi koalisiyası qanunvericilik orqanında 224 yeri tutur. İkinci yerdə solçular, yaşıllar və “Nupes” kommunist alyansıdır, hansı da 149 yeri tutacaq.

Proqnoz göstəricilərilə, üçüncü yerdə Marin Le Penin partiyasıdır, hansı da qanunvericilik orqanını aşağı palatasında 89 yeri alacaq.

Dördüncü yerdə qanunverici orqanda 78 yerə sahib olacaq Mühafizəkar Respublikaçılar Alyansıdır.

Fransa mediasının məlumatına görə, seçkilərdə ən yüksək nəticə, ilkin dəyərləndirmələrlə, Marin Le Penin partiyası göstərdi, hansı da 2017-ci il ilə müqayisədə 11 dəfə artıq yer aldı.

Siyasi partiyalar Fransa Milli Assambleyasında 577 yer uğrunda mübarizə aparırlar.