Pridon İnciya - Parlament adi rejimdə işləyir, ölkədə siyasi böhranı görmürəm
“Avropalı Sosialistlər” partiyasının sədri, Pridon İnciyanın bəyan etdiyinə görə, “Gürcü Arzusunda” sədr və ya başqa vəzifəli şəxsin kimin olması daxili partiya işidir.
“Bu, partiyanın işidir, qərarları özləri qəbul edirlər, biz başqa partiyayıq – “Avropalı Sosialistlər” partiyası. Başqa partiyanın hansı qərar verməsi onların işidir. Buna görə, mənim üçün şərhin verilməsi biraz düzgün olmaz. Bu onların daxili mətbəxidir. “Gürcü Arzusunda” sədr və ya başqa vəzifəli şəxsin kimin olması daxili partiya işidir”, – İnciya bəyan etdi.
Jurnalistin sualına: “ölkədə ağır siyasi fondur, düşünmürsünüz ki, qərara səbəb bu oldu”, İnciya bəyan etdi ki, Gürüstanda ağır siyası fonu görmür.
“Deməliyəm ki, ağır siyasi fonu görmürəm. Bu nədə ifadə olunur? Parlament işləyir, Parlamentdə iki siyasi partiya var – “Gürcü Arzusu” və “Avropalı Sosialistlər” partiyası. Mən burada siyasi böhran görə bilmirəm. Pandemiyadan irəli gələrək ağır durumdur və nə qədər sürəcək hələ bilmirik. İqtisadi durum tamamilə başqadır. Burada düşünmək lazımdır. Burada dövlət hər cür səfərbərlik etməlidir ki, iş yerlərini itirən kəndçilər və insanlar, təzminat alsınlar. Siyasi böhrana gəldikdə, mən bunu görmürəm”, – İnciya qeyd etdi.
Bidzina İvanişvili bu gün siyasətdən getməsi barəsində bu gün açıq məktub yaydı.