"Avropalı Sosialistlər" hakimiyyətə kommunal vergilərinin subsidiyalaşdırılmasının uzadılması tələbi ilə müraciət edirlər
"Avropalı Sosialistlər" hakimiyyətə kommunal vergilərinin subsidiyalaşdırılmasının uzadılması tələbi ilə müraciət edirlər

“Avropalı Sosialistlər” partiyası hakimiyyəti kommunal vergilərinin daha bir ayla subsidiyalaşdırmasına çağırır.

“Hakimiyyət 200 kubmetr təbii qazın əhali üçün fevral-mart müddətində təzminatını həyata keçirməlidir. Mövcud proqnozla, məhz elə fevral və martda havanın pisləşməsi gözlənilir. Bu isə, əhalidnin təbii qaza tələbatını artıracaq. Praktiki olaraq, ötən ilin noyabr-dekabr aylarında əhalinin əksəriyyəti subsidiyadan yararlana bilmədi. Buna görə, hakimiyyətə müraciət edirik, əhalinin yararlana biləcək təbii qazın subsidiyası proqramı üzərində işləsin”, – partiyanın bəyanatında deyilir.

“Avropalı Sosialistlər” partiyasında hesab edirlər ki, dövlət subsidiyası yalnız təbii qaza deyil, eləcə də elektrik enerjisi və su vergisinə aid olmalıdır.

“Avropalı Sosialistlər” həmçinin hökumətə müraciət edirlər ki, mövcud requlasiyaların hissəsini aradan götürsün və ya yüngülləşdirsin, eləcə də munisipal və şəhərlərarası nəqliyyat hərəkətini mütləq bərpa etsin.