Prezidentin seçiləcəyi tarix sabah məlum olacaq.
Bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.
“Parlament artıq sabah prezidentin seçiləcəyi tarixi təyin edəcək. Nəzərə almağımız vacib olan müəyyən hallar var. Biz prezidenti beş il müddətinə seçməliyik. Müvafiq olaraq, prezidentin beş il müddətinə seçilməsi üçün həm seçkilərin, həm də andiçmə mərasiminin bu il keçirilməsi vacibdir. Müvafiq olaraq, biz tarixi sabah təyin edəcəyik” – Şalva Papuaşvili bildirib.