Prezidentin nümayəndəsi Gürcüstanın Birinci Kanalına məlumat verib ki, müsahibə bu gün baş tuta bilməz və müsahibəni çərşənbə axşamı və ya çərşənbə gününə planlaşdırmaq olar
Prezidentin nümayəndəsi Gürcüstanın Birinci Kanalına məlumat verib ki, müsahibə bu gün baş tuta bilməz və müsahibəni çərşənbə axşamı və ya çərşənbə gününə planlaşdırmaq olar

 
Gürcüstanın Birinci Kanalının qarşısında davam edən aksiyanın iştirakçıları Gürcüstanın Prezidentinə müsahibə üçün efir ayrılmasını tələb ediblər. Öz növbəsində, prezident saat 21:00-da keçirilən brifinqdə Birinci Kanala müsahibə verməyə hazır olduğunu bəyan edib.

Birinci Kanal dərhal Prezident Administrasiyası ilə əlaqə saxlayıb və kanalın onu dərhal birbaşa efirə dəvət etməyə hazır olduğunu bildirib.

Bir neçə dəqiqə bundan əvvəl prezidentin nümayəndəsi bizə cavab verdi ki, müsahibə bu gün baş tuta bilməz və müsahibəni çərşənbə axşamı və ya çərşənbə gününə planlaşdırmaq olar.