Prezidentin məsləhətçiləri Alilo üçün hazırlanmış çadıra milad ianələrini apardılar
Prezidentin məsləhətçiləri Alilo üçün hazırlanmış çadıra milad ianələrini apardılar

Gürcüstan prezidenti administrasiyasının nümayəndələri Patriarxlıq tərəfindən Respublika Meydanında Alilo üçün hazırlanmış çadıra, prezidentin adından milad şirniyyatları səbətini apardılar.

Dünya pandemiyasını, məhdudiyyətləri nəzərə alaraq ötən illərdən fərqli olaraq, ənənəvi Alilo bu il fərqli formatda keçirildi.

Respublika Meydanında toplanan isanələr Uşaqlar Evlərinə, Qocalar Evlərinə və cəzaçəkmə müəssisələrinə paylanacaq.