Prezident seçkilərinin ikinci turu seçkilərin yekun nəticələrinin bəyan edilməsindən iki həftədən sonra keçiriləcək
Prezident seçkilərinin ikinci turu, seçkilərin yekun nəticələrinin bəyan edilməsindən sonra, iki həftə müddətində, bazar günü keçiriləcək
Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniyanın açıqlamasına görə, seçkilərin yekun nəticələrinin bəyan edilməsinin maksimal tarixi, qanuna əsasən, seçki günündən 20 gündür.
Prezident namizədinə qələbə üçün 50%+ 1 səs lazımdır. Gürcüstan prezidenti seçilmiş hesab olunacaqdır, əgər seçkilərdə iştirak edən seçicilərin yarından çoxu ona səs verdisə.
Əgər seçkilərin birinci turunda heç bir namizəd lazım olan qədər səsləri toplaya bilmədisə, seçkilərin ikinci turu təyin olunacaq. İkinci turda seçici, birinci turun ən yaxşı nəticəsi olan iki namizəd arasında seçim etməlidir. Seçkilərin ikinci turunu Mərkəzi Seçki Komissiyası, müvafiq sərəncam əsasında təyin edir. Seçkilərin ikinci turu, birinci turun nəticələrinin rəsmi bəyan edilməsindən, iki həftən sonra keçirilir. İkinci turda qalib ən çox səs toplayan bəyan ediləcək.
Mərkəzi Seçki Komissiyasının göstəricilərinə görə, hazırda 3705 seçki məntəqəsindən 3678+11 məntəqə hesablanıb, bu da ümumi sayın 99.57 faizidir.
Qeyd olunan məntəqələrin göstəricilərinə əsasən, Salome Zurabişvilinin 614 964 (38.66%) səsi var, Qriqol Vaşadzenin 599 662 (37.7%) səsi.