Prezident Giorgi Marqvelaşvili, Saakaşvili haqqında verilən həbs qərarını şərhləndirir
Prezident Giorgi Marqvelaşvili, Saakaşvili haqqında verilən həbs qərarını şərhləndirir

Şok edicidir ki, prokurorluq belə ciddi qərar çıxardırkən, arqument olaraq, amnistiyanın konstitusiya haqqını gətirir” – Bu barədə bəyanatı Giorgi Marqvelaşvili Mixeil Saakaşvili üçün məhkəmə tərəfindən verilən qərarı şərhləndirərkən verdi.

Onun dediyinə görə, amnistiya maddəsindən istifadə edərək, qərarın verilməsindən sonra, prokurorluq tərəfindən siyasi bəyanatlar da verildi və bu da konstitusiya haqqının yanlış interpretasiyası haqqında düşüncələrə yol verdi.

“Xüsusi ilə vurğulamaq istəyirəm ki, məhz konstitusiya maddəsini, məhkəmədə kontr-arqument olaraq, göstərilmə faktı, Gürcüstanın xarici imicinə böyük zərər verə bilər” – dedi Giorgi Marqvelaşvili.

Prezidentin dediyinə görə, beynəlxaq baxımdan, məhkəmə işi o qədər yox, ancaq məhkəmə tərəfindən suç olduğu iddia edilən maddənin istifadə edilməsi, bu iş ilə bağlı ciddi suallar yaradır.