Prezident parlamentə Milli Bankın şurasının üzvlüyünə dörd namizədi təqdim edib
Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili Milli Bankın şurasının üzvünün dörd vakant vəzifəsinə seçilmək üçün parlamentə namizədlər təqdim edib. Bu haqda GürcüstanParlamentinin sədri Şalva Papuaşvili parlamentin bürosunun bugünkü iclasında bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, məsələni Maliyyə və Büdcə Komitəsi müzakirə edəcək.
“Sonrakı məsələ Milli Bankın şurasının üzvünün vakant vəzifəsinə seçilmək üçün prezidentin təqdim etdiyi şəxslərlə bağlıdır. Bildiyiniz kimi, dörd vakant yer var və prezident vakant yerlərə namizədlər təqdim edib, belə ki: Vaxtanq Burkiaşvili, Otar Şamuqia, Nino Celadze, Levan Dzneladze. Məsələ baxılması üçün Maliyyə və Büdcə Komitəsinə ötürüləcək” – Şalva Papuaşvili bildirib.