Prezident Administrasiyasında Nika Qilaurinin baş nazirliyə namizəd olduğunu təsdiqləmirlər
Prezident Administrasiyasında Nika Qilaurinin baş nazirliyə namizəd olduğunu təsdiqləmirlər

 
Prezident Administrasiyasında Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu gün Nika Qilauri ilə görüşdüyünü bildirirlər. Lakin, Prezident Administrasiyasının mətbuat xidmətində Qilaurinin baş nazirliyə namizəd olduğunu təsdiqləmirlər.

“Kurieri” bu gün Nika Qilaurinin Salome Zurabişvilinin texniki hökumətinin baş nazirliyinə namizədi olması və Orbeliani sarayında Nika Qilauri ilə Salome Zurabişvili arasında bağlı qapılar arxasında görüş keçirildiyi haqda xəbər yaydı.

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 12-də texniki hökuməti seçkilərdən əvvəl təqdim edəcəyini bəyan etdi.

Nika Qilauri 2009-2012-ci illərdə baş nazir postunu tuturdu. 2007-2009-cu illərdə Qilauri Gürcüstanın maliyyə naziri idi, ondan əvvəl isə Gürcüstanın Energetika Nazirliyinə rəhbərlik edirdi.