Prezident Administrasiyası - Salome Zurabişvili Qaregin İkincinin yanında Abxaziyada yerləşən erməni kilsəsinin Rusiya Eparxiyasının tabeliyinə verilməsi məsələsi ilə bağlı sərt mövqeyini bildirdi
Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanı katolikos-patriarxı Qaregin İkinci ilə görüş zamanı Abxaziyada yerləşən erməni kilsəsinin Rusiya Eparxiyasının tabeliyinə verilməsi məsələsi ilə bağlı sərt mövqeyini bildirdi, – bu barədə məlumatı prezident administrasiyasının mətbuat xidməti yayır.
Gürcüstan prezidentinin administrasiyası tərəfindən yayılan məlumatda deyilir ki, bu qərar Erməni Kilsəsi tərəfindən Gürcüstanın ərazi bütövlüyüyün pozulmasıdır.
Salome Zurabişvili Qaregin İkincidən tələb etdi ki, bu qərarı dərhal tez zamanda dəyişdirsin və qeyd olunan kilsəyi tarixən olduğu kimi Gürcüstan yurisdiksiyasının tabeliyinə keçirsin.
Erməni kilsəsinin başçısı isə, cavab verib ki, bu müvəqqəti qərara baxmayaraq, Abxaziya ərazisindəki erməni kilsəsləri Gürcüstan Eparxiyasının tabeliyində hesab edilir və bu yazılı şəkildə də təsdiqlənib.
Gürcüstan prezidenti Ermənistan Kilsəsinin Katolikosu ilə Ermənistana rəsmi səfəri zaman görüşdü.
Erməni kilsəsinin başçısı öz növbəsində Gürcüstanda erməni kilsələrinin vəziyyəti barədə sual verdi.
Salome Zurabişvili isə cavab verdi ki, Gürcüstan ərazisində olan kilsələr üçün Gürcüstan cavabdehdir və bərpası gərəkən tarixi abidələrin bərpası tək-tək zamanla həyata keçiriləcək, çünki eyni zamanda bütün kilsələrin bərpa işlərinin aparılması mümükün deyil.