Prezident 10 məhkumu əfv edib
Prezident 10 məhkumu əfv edib

 
Gürcüstanın Prezidenti Salome Zurabişvili bu gün 10 məhkumu əfv edib.

Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, əfv olunmuş şəxslərdən 3 məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə şəklində təyin olunmuş cəzanın çəkilməsindən tam azad edilib, onların arasında bir qadın məhkum var.

Onların məlumatına əsasən, dörd məhkumun, o cümlədən bir qadın məhkumun cəzaçəkmə müəssisəsində çəkməsi üçün qalan cəza müddəti azaldılıb. Həmçinin, əfv aktı şərti cəza çəkməkdən tam azad edilmiş şərti cəzaya məhkum edilmiş 3 nəfərə şamil edilib.