Praqada Türkiyə prezidenti və Ermənistanın baş naziri arasında üzbəüz görüşü keçirildi

10:18, 07.10.2022

Praqada Türkiyə prezidenti və Ermənistanın baş naziri arasında üzbəüz görüşü keçirildi.

Bu, Yerevan və Ankaranın keçən il münasibətləri bərpa etmək istəklərini bildirməsindən sonra, iki ölkənin hökumət başçılarının ilk görüşü idi.

Çexiyanın paytaxtında Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan iki ölkə arasında münasibətlərin normallaşmasından danışdılar.

Xatırladırıq ki, yanvar ayında Ermənistan və Türkiyə nümayəndələri son 10 ildə ilk danışıqları apardılar. Tərəflər bu görüşü müsbət və konstruktiv qiymətləndirdilər. Fevral ayında isə, Yerevandan İstanbula uçuşlar təyin edildi.

Oxşar