Praqada baş dəmir yolu stansiyasının yaxınlığında iki qatar toqquşub, onlarla insan yaralanıb
Praqada baş dəmir yolu stansiyasının yaxınlığında iki qatar toqquşub. Hadisə nəticəsində onlarla insan xəsarət alıb. Məlumatı yerli media yayır.
Yaralıların əksəriyyətində yüngül xəsarətlər müşahidə olunur. Ağır yaralanan bir neçə nəfər xilasedicilər tərəfindən yerli xəstəxanalara çatdırılıb.
Polisdən xilasetmə işlərinin başa çatdığını bəyan ediblər. Hadisə yerində istintaq davam edir: müstəntiqlər dəmir yolu müfəttişləri ilə birlikdə qəzanın səbəblərini və başvermə şəraitini araşdırırlar.
Qəzanın baş verdiyi dəmir yolu xəttində məhdudiyyətlər bir neçə saat davam edəcək və onlarla reysə təsir göstərəcək.