Potinin 70 saylı Dairə Seçki Komissiyasının sədri - Bu vaxt üçün dairənin 24 seçki məntəqəsinin hamısında seçkilər dinc şəraitdə keçirilir
Potinin 70 saylı Dairə Seçki Komissiyasının sədri - Bu vaxt üçün dairənin 24 seçki məntəqəsinin hamısında seçkilər dinc şəraitdə keçirilir

 

Potidə munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər məclisi) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin seçkiləri dinc şəraitdə keçirilir.

70 saylı Dairə Seçki Komissiyasına daxil olan 24 seçki məntəqəsinin hamısı saat 06:45-də açılıb, seçicilər isə öz iradələrini ifadə etməyə saat 08:00-dan başlayıblar.

Potidə seçkilərdə 4 siyasi partiya iştirak edir: “Gürcü Arzusu”, “Qaxaria Gürcüstan Naminə”, “Güclü Gürcüstan – Lelo” və “Mühafizəkarlar Gürcüstan Naminə”. Merliyə namizəd isə yalnız hazırkı mer, “Gürcü Arzusu”nun nümayəndəsi Beka Vacaradzedir.

Ümumilikdə seçkilərdə 40 511 seçici qeydiyyatdan keçib.

70-ci Dairə Seçki Komissiyasının sədri Salome Rodonaianın məlumatına əsasən, bu vaxt üçün seçkilər dinc şəraitdə keçirilir. O, bildirib ki, heç bir seçki məntəqəsində gecikmə olmayıb və şikayət yazılmayıb. Seçkilər elektron texnologiyalardan istifadə edilməklə keçirilir.