Potidə koronavirusun üç yeni halı təsdiq olundu
Potidə koronavirusun üç yeni halı təsdiq olundu

Potidə koronavirusun üç yeni halı təsdiq olundu. Yerli İctimai Sağlamlıq Mərkəzinin direktoru, Nana Mxeidzenin bəyan etdiyinə görə, virusa yoluxnalar müxtəlif sahə işçiləridirlər. Koronavirus, virusa yoluxanla kontaktda olan şəxslərdə də aşkar edildi.

Onun dediyinə görə, kontaktların müəyyən edilməsi məqsədilə, epidemioloji araşdırma aparılır.

“Koronavirus hallarının daha da artması mümkündür, çünki yekun tədqiqat başa çatdırılmayıb. Şübhəli simptomları olan pasiyentlərin “PCR” tədqiqatları yenə də davam etdirilir”, – İctimai Sağlamlıq Mərkəzində bəyan edirlər.