Potidə koronavirus üzrə 153 şəxsi yoxladılar, cavabın hamısı mənfidir
Poti İctimai Sağlamlıq Mərkəzinin direktoru, Nana Mxeidzenin məlumatına görə, Potidən laboratoriyaya göndərilən 153 şəxsin “PCR” analizi cavabı məlumdur və onların heç birində koronavirus təsdiq olunmadı.
“Biz 153 şəxsi yoxladıq. Beşi evdə izolasiyada olan şəxsdir, 44 hüquqmühafizə orqanları, 107 gömrük və sərhəd məntəqəsinin əməkdaşıdır. Qeyd olunan müayinə palanlıdır və prevensiya məqsədilə həyata keçirildi. Onların heç birində koronavirus təsdiq olunmadı”, – Nana Mxeidze bəyan etdi.