Poti Hospitalına şübhəli simptomlarla üç pasiyent yerləşdirilib, onlardan biri azyaşlıdır
Poti Hospitalına şübhəli simptomlarla üç pasiyent yerləşdirilib, onlardan biri azyaşlıdır. Onlar bokslaşdırılmış palatalara yerləşdiriliblər.
Poti Tibbi Mərkəzinin direktoru, Tea Miqineişvilinin məlumatına görə, pasiyentlərdə qızdırma və başqa respirator simptomlar qeydə alınır.
“Klinikada üç pasiyent var, iki yaşlı qız, həmçinin 19 və 49 yaşlı kişilər. Onlara bütün lazımı tibb yardım göstərilir. Onlara “PCR” testi Zuqdidi İnfeksiya Xəstəxanasında ediləcək”, – Tea Miqineişvili bəyan etdi.