Portuqaliyada fırtınaya görə 800 000 insan işıqsız qalıb
Portuqaliyada fırtınaya görə 800 000 insan işıqsız qalıb

 

“Kristin” fırtınası nəticəsində Portuqaliyada 800 000 insan işıqsız qalıb.

Medianın məlumatına əsasən, fəlakət xüsusilə ölkənin mərkəzi və şimal ərazilərinə zərər vurub.

Bir sıra yaşayış məntəqələrində fırtına ağacları sındırıb, avtomobil və dəmir yollarına zərər vurub. Portuqaliya fövqəladə hallar xidmətlərinin məlumatına əsasən, fəlakət nəticəsində ən azı bir nəfər həlak olub.

“Reuters”in yazdığı kimi, Portuqaliyadan sonra “Kristin” fırtınası İspaniyaya doğru irəliləyib.