Portuqaliya Prezidenti Antoniu Joze Sequru ictimai yerlərdə üzü örtməyi qadağan edən qanunu imzalayıb
Portuqaliya Prezidenti Antoniu Xose Sequru ictimai məkanlarda üzün örtülməsini qadağan edən qanunu imzalayıb. Bu barədə “Euronews” məlumat yayıb.
“Üz insanın kimliyinin və ünsiyyətinin əsas elementi kimi qəbul edilməlidir”, – deyə Sequrunun yaydığı bəyanatda qeyd olunub.
Yerli medianın “burqa qanunu” adlandırdığı qanun parlament tərəfindən iyul ayında qəbul edilib. Qanunu hakim sağ koalisiya və ifrat sağçı partiyalar dəstəkləyib, solçu partiyalar isə əleyhinə çıxıb.
Qanun ictimai məkanlarda üzü örtən və ya şəxsin kimliyinin müəyyənləşdirilməsinə mane olan geyimlərin istifadəsini qadağan edir. Həmçinin şəxsi cins, din, yaş və ya mənşəyi ilə bağlı səbəblərə görə üzünü örtməyə məcbur etmək də qadağan olunur.
Portuqaliyada qanunu pozan şəxslər 150-3000 avro məbləğində cərimələnə bilərlər.
Qanunda sağlamlıq vəziyyəti, peşə fəaliyyəti, incəsənət və hava şəraiti ilə bağlı hallar üçün istisnalar nəzərdə tutulub. Həmçinin dini müəssisələr, diplomatik nümayəndəliklər və hava gəmiləri də istisnalar sırasındadır.