Portuqaliya Fələstin Dövlətini tanıdı
Portuqaliya Fələstin Dövlətini tanıdı

 

Portuqaliya hökuməti Fələstin Dövlətini rəsmən tanıdı.

“Bu gün, 2025-ci ilin sentyabrın 21-də Portuqaliya dövləti Fələstin Dövlətini rəsmən tanıyır” – Portuqaliyanın xarici işlər naziri Paulo Ranqel bildirib.

Ranqel, bu qərarın Portuqaliya Prezidenti ilə razılaşmadan sonra və “parlamentdə təmsil olunan partiyaların böyük əksəriyyətinin” dəstəyi ilə qəbul edildiyini qeyd edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Böyük Britaniya, Kanada və Avstraliya sentyabrın 21-də Fələstin Dövlətini rəsmən tanıdılar.