Ponicalada yaşayış binasında partlayış baş verib, yaralılar var

10:57, 19.11.2026

 

Ponicalada yaşayış binasında partlayış baş verib.

Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətindən açıqlandığı üzrə, hadisə nəticəsində yaralanan üç nəfəri təcili tibbi yardım qrupu xəstəxanaya aparıb. Onların məlumatına əsasən, yaralıların üçünün də huşu özündə olub.

Yanğınsöndürmə-xilasetmə xidmətinin əməkdaşları hadisə yerində olublar. Xilasetmə işləri aparılır.

Partlayışın səbəbi hələlik bilinmir.

Oxşar