Ponicalada xilasetmə işləri davam edir, xilasedicilər partlayışdan sonra yeddi nəfəri axtarırlar

12:51, 19.11.2026

 

Ponicalada hadisə yerinə Daxili İşlər Nazirliyinin səlahiyyəti çərçivəsində bütün müvafiq bölmələri, eləcə də bələdiyyə xidmətləri cəlb olunub, xilasetmə tədbirləri fəal şəkildə davam etdirilir. Dörd nəfər dağıntılar altından çıxarılaraq tibb müəssisələrinə aparılıb, onlardan birinin vəziyyəti təəssüf ki, ağırdır, lakin hamısının huşu üstündədir — bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili açıqlayıb.

O, bədbəxt hadisə nəticəsində üçü azyaşlı uşaq olmaqla, yeddi nəfərin itkin düşdüyünü bildirib.

“Hadisə yerindən əhali təxliyə edilib, xilasetmə tədbirlərini davam etdiririk. Yaralılar arasında qulaq nahiyəsindən xəsarət alan bir yetkinlik yaşına çatmayan şəxs var, lakin huşu üstündədir və xəsarəti ağır olmamalıdır. Xilasetmə tədbirləri şəraitində istinad divarı əyilib və müvafiq olaraq, ön tərəfdən xilasetmə tədbirləri prosesi dayandırılıb. Uçqun təhlükəsi real olaraq mövcuddur. Partlayışın səbəbi və ocağı bilavasitə müəyyən edilib — bu, qaz qızdırıcısına görə olub. Beşinci mərtəbədə vətəndaş gecə qaz qızdırıcısını işə salmağa çalışıb. Onun huşu üstündədir və baş verənləri özü bizə danışır, “gecə yandırdım, sonra söndürdüm və səhər isə yenidən yandırmağa cəhd etdim və bundan sonra da partlayış baş verdi” deyir. Hələlik sizə deyə biləcəklərim bunlardır” — Tamazaşvili açıqlayıb.

Oxşar