MMC “Tbilisiservis Qrup” Poniçala Dərəsində təmizləmənin miqyaslı tədbir aparacaq, – bu barədə paytaxt meri, Kaxa Kaladze Tbilisi munisipaliteti hökuməti iclasında bəyan etdi.
Onun qeyd etdiyi kimi, görülən işlər çərçivəsində, prevensiya məqsədilə dərə yamaclardan düşən torpaq və daşlar təmizlənəcək.
Bununla yanaşı, Kaxa Kaladze MMC “Tbilisiservis Qrup”-un əməkdaşlarına, çoxlu qar zamanı paytaxt yollarında intensiv rejiminda aparılan işlər üçün təşəkkür etdi.
“MMC “Tbilisiservis Qrup” Poniçala Dərəsində təmizləmənin miqyaslı tədbir aparacaq. Görülən işlər çərçivəsində, prevensiya məqsədilə dərə yamaclardan düşən torpaq və daşlar təmizlənəcək. Orada bununla bağlı vəziyyət çox pisdir və bu işi görmək vacibdir. Təxminən on gün davam edəcək təmizlik tədbirində Drenaj və Kanalizasiya İstismarı İdarəsinin 60-a yaxın əməkdaşı iştirak edəcək. Mart ayında qeyri-adi güclü qar zamanı onlar kifayət qədər zəhmətkeş iş gördülər. 24 saatlıq rejimdə işləyirdilər ki, xüusisilə də məkəzi küçələrdə hərəkət yubanmasın və ictimai nəqliyyat və istərsə minik avtomobilləri sərbəst hərəkət edə bilsinlər”, – Kaladze bəyan etdi.
Elə onun dediyinə, Poniçala Dərəsinə eləcə də on ədəd xüsusi texnika səfərbər olunacaq.