Polşanın Xarici İşlər Nazirliyi Vladimer Putinin Ukraynanın ehtimal olunan bölünməsi və onun hissəsinin Polşanın tərkibinə keçməsi barədə bəyanatını qətiyyətlə təkzib edir
Polşanın Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimer Putinin Ukraynanın ehtimal olunan bölünməsi və onun hissəsinin Polşanın tərkibinə keçməsi barədə bəyanatını qətiyyətlə təkzib edir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Veviurun sözlərinə əsasən, Putinin bu spekulasiyaları “müttəfiqlər arasında qarşıdurmanı təhrik etmək üçün kinayəli cəhddir”.
“Polşanın Ukraynaya qarşı ərazi iddiaları nə olub, nə var, nə də olacaq. Mövqeyimiz sarsılmazdır: Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik. Rusiyanın dezinformasiyası diqqəti Moskvanın qəddar təcavüzündən yayındıra bilməyəcək” – Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimer Putin iyulun 26-da bəyan edib: “Əminəm ki, tez və ya gec Ukrayna qərbdə yerləşən bu torpaqları itirəcək. Polşaya aid olan, Macarıstana aid olan, Rumıniyaya aid olan şeylər tez və ya gec – bəlkə sabah yox, bəlkə birisigün yox, bir il, iki il, on, on beş il sonra, lakin hər şey tarixi olaraq öz yerinə qayıdacaq”.