Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən Polşanın hava məkanının pozulması məsələsini müzakirə etmək üçün təcili iclas keçirəcək
Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən Polşanın hava məkanının pozulması məsələsini müzakirə etmək üçün təcili iclas keçirəcək

 

Polşanın tələbi ilə BMT Təhlükəsizlik Şurası Rusiya tərəfindən Polşanın hava məkanının pozulması məsələsini müzakirə etmək üçün təcili iclas keçirəcək. Bu barədə məlumatı media Polşanın Xarici İşlər Nazirliyinə istinadən yayır.

“Biz dünyanın diqqətini rus dronlarının BMT, Avropa İttifaqı və NATO üzvünə bu misilsiz hücumuna yönəltməsini istəyirik” – Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Məlumat üçün bildirək ki, sentyabrın 10-u gecəsi Rusiya tərəfindən Ukraynaya edilmiş genişmiqyaslı hücum zamanı bir neçə dron Polşanın hava məkanını pozub və onları vurublar. Polşanın hava məkanının pozulmasına görə Polşa hakimiyyəti NATO Nizamnaməsinin müttəfiqlərlə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsinin aktivləşdirilməsini tələb edib.