Polşanın prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib
Polşanın prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib

 

Polşanın prezident seçkilərinin ikinci turunda Karol Navrotski qalib gəlib. Bu barədə məlumatı Polşa mediası Milli Seçki Komissiyasına istinadən yayır.

Bülletenlərin 100%-i hesablandıqdan sonra seçkilərin yekun nəticələri belədir: Müxalif sağçı mühafizəkar “Hüquq və Ədalət” partiyasının dəstəklədiyi Navrotski 50.9 faiz, hakim partiyanın namizədi Varşavanın meri Rafal Tşaskovski isə 49.1 faiz səs toplayıb.

Polşa mediasının yazdığı kimi, Tşaskovskinin qalib gəlmək üçün 369 452 səsə ehtiyacı var idi.

Bundan əvvəl “İpsos” tərəfindən keçirilən “exit-poll”un nəticələrinə əsasən, seçkilərdə Varşavanın meri Rafal Tşaskovski 50.3 faiz səslə liderlik edirdi.

Polşada prezident seçkilərinin ikinci turu, mayın 18-də keçirilmiş birinci turda iştirak edən 13 namizəddən heç biri qalib gəlmək üçün tələb olunan səs sayını ala bilmədikdən sonra keçirildi.