Polşanın Müdafiə Nazirliyi cari ayda yeni hərbi hazırlıq proqramına başlayır
Polşanın Müdafiə Nazirliyi cari ayda yeni hərbi hazırlıq proqramına başlayır.
Qurumun məlumatına əsasən, bu, 2026-cı ildə 400 min nəfərin hərbi hazırlığına dair geniş planın hissəsidir.
Müdafiə naziri Vladislav Kosiniak-Kamişin dediyi kimi, bu, Polşa tarixində ən miqyaslı hərbi təlimdir. “Hazırlıqlı” adlanan proqram könüllü olacaq və məktəblilər və yaşlılar da daxil olmaqla istənilən vətəndaş iştirak edə biləcək. Proqram əsas təhlükəsizlik təlimi, tibbi hazırlıq və kibertəhlükəsizlik dərslərini əhatə edir.
“Təkcə noyabr və dekabrda fərdi hazırlıq çərçivəsində təxminən 20 min nəfəri hazırlayacağıq, lakin hazırlığın bütün formaları nəzərə alınmaqla ümum say təxminən 100 min nəfər olacaq” – müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.
Nazirlik gələn il “Ordu ilə təlim” proqramı çərçivəsində həm fərdi, həm də qrup şəklində təxminən 400 min nəfəri hazırlamağı planlaşdırır.
Polşanın Baş Qərargah rəisi Veslav Kukula bildirir ki, qeyd olunan təşəbbüsün iki əsas məqsədi var – vətəndaşların dayanıqlığını gücləndirmək və ehtiyatın əlçatanlığı, hazırlıq və imkanlarını gücləndirmək.
Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Polşa müdafiə xərcləri ilə bütün NATO üzvlərini qabaqlayır.