Polşanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri – Polşa mümkün rus təcavüzündən özünü iki həftə ərzində qoruya biləcək
Polşanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general Dariuş Lukovski bildirir ki, ölkə, Rusiyanın potensial hücumunun qarşısını bir-iki həftə ərzində ala biləcək, çünki Polşanın yalnız bu müddət üçün kifayət qədər resursu var.
Jurnalistin, Polşa mümkün rus təcavüzündən nə qədər müddət özünü qoruya biləcəyi haqda sualına, Dariuş Lukovski „Cari vəziyyətə əsasən, Polşa bir-iki həftə ərzində müdafiəni bacaracaq” deyib.
General Polşanın daim müdafiə potensialını artırdığını bildirib.
Onun qiymətləndirməsinə görə, ölkəyə mümkün rus təcavüzünə tam hazırlaşmaq üçün iki-üç il vaxt lazımdır.
Polşa ümid edir ki, Ukraynanın müqaviməti ona vaxt qazanmağa kömək edəcək və müdafiə potensialını gücləndirməyə imkan verəcək.